Interposta.Info

Polkovnik-leytenantı maşın vurub öldürdü (FOTO)

Ölkə
 9-06-2022, 17:05     234

Gəncədə avtomobilin vuraraq öldürdüyü şəxs Azərbaycan Ordusunun ehtiyatda olan hərbçisi olub.

aynarinfo-nun xəbərinə görə, hadisə iyunun 8-i saat 22 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini R.İsmayılov idarə etdiyi "KİA” markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Ş.Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olub.

Allah rəhmət eləsin!

Polkovnik-leytenantı maşın vurub öldürdü (FOTO)


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26