Interposta.Info

Ukrayna və Rusiya 100 hərbçinin meyitini dəyişiblər

Ölkə
 8-06-2022, 22:06     251

Ukraynanın Zaporojye vilayətində cəbhə xəttində ölən hərbçilərin meyitləri Ukrayna ilə Rusiya arasında “50-nin 50-yə” prinsipi ilə dəyişdirilib.

"İnterPosta"“Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 50 nəfərdən 37-si Mariupolun 3 aya yaxın mühasirədə qalan “Azovstal” polad zavodunu müdafiə edən hərbçilər olub.

“Ölən Ukrayna hərbçilərinin nəşlərinin qaytarılması prosesi davam edir”, - qurum vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26