Interposta.Info

Görülməmiş fırıldaqçılıq: Şuşaya səfər etmək istəyən bir qrup müəllim “tələ”yə düşdü

Ölkə
 30-05-2022, 17:35     237


Bakıda Şuşaya səfər etmək istəyən bir qrup müəllim aldadılıb.

Bu barədə Şuşa 1 saylı tam orta məktəbin müəllim heyəti müraciət edib.

İddiaya görə, özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi təqdim edən Canızadə Əlizamin Qorxmaz oğlu məktəbin kollektivinə müraciət edərək, onlara Şuşaya tur təşkil etdiyini bildirib.

Səfərə getmək üçün 70 nəfər müraciət edib və hərəsi bunun üçün 22 manat ödəyib.

Əlizamin Canızadə səfərin 30 may səhər saatlarında başlayacağını deyərək, kollektivə həmin gün çalışdıqları məktəbin qarşısına toplaşmağı tapşırıb. Lakin 29 may tarixindən Ə.Canızadəyə zəng çatmayıb.

Buna baxmayaraq, ümidlərini itirməyən 70 nəfər, deyilən tarixində, yəni, bu gün səhər saatlarında məktəbin qarşısında toplaşıb. Lakin əvvəlcədən səfər üçün vəd edilən nə avtobus gəlib, nə də həmin şəxsə zəng çatıb.

Hadisə ilə bağlı ərazi üzrə polisə müraciət olunub.//qafqazinfo

***

Daxili İşlər Nazirliyi (DİN) Şuşaya səfər adı ilə bir qrup müəllimin aldadılması ilə bağlı məsələyə münasibət bildirib.

Bu barədə DİN Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirib.

“Hazırda müraciət üzrə araşdırma aparılır”, – deyə qurum rəsmisi qeyd edib.

Qeyd edək ki, Bakıda Şuşaya səfər etmək istəyən bir qrup müəllimin aldadılması barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumat yayılıb.

İddiaya görə, özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi təqdim edən Canızadə Əlizamin Qorxmaz oğlu Şuşa 1 saylı tam orta məktəbin kollektivinə müraciət edərək, onlara Şuşaya tur təşkil etdiyini bildirib.

Səfərə getmək üçün 70 nəfər müraciət edib və hər biri bunun üçün 22 manat ödəyib.

Əlizamin Canızadə səfərin 30 may səhər saatlarında başlayacağını deyərək, kollektivə həmin gün çalışdıqları məktəbin qarşısına toplaşmağı tapşırıb. Lakin 29 may tarixindən Ə.Canızadəyə zəng çatmayıb.

Buna baxmayaraq, ümidlərini itirməyən 70 nəfər, deyilən tarixində, yəni, bu gün səhər saatlarında məktəbin qarşısında toplaşıb. Lakin əvvəlcədən səfər üçün vəd edilən nə avtobus gəlib, nə də həmin şəxsə zəng çatıb.//oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26