Interposta.Info

Bakıda müəllim dərs zamanı vəfat etdi

Ölkə
 15-10-2021, 12:03     353

Bakıda müəllim dərs zamanı vəfat edib.

Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova oktyabrın 11-də IX b sinfinə dərsi zamanı ürək tutmasından vəfat edib.

"İnterPosta" xəbər verir ki, məktəbdən APA-nın sorğusuna verilən cavab görə, M. İsmayılova sinfə daxil olan zaman özünü pis hiss etdiyi üçün çantasından dərman çıxararaq qəbul etmək istəsə də, anidən huşunu itirib.

Dərhal məktəbin tibb bacısı və rəhbərlik məlumatlandırılıb və təcili tibbi yardıma müraciət edilib. Təəssüf ki, müəllimin həyatını xilas etmək mümkün olmayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı təsdiqləyiblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26