Interposta.Info

Maliyyəçi-alim: "Yanlış siyasət ölkəyə nə qədər ziyan vurur?"

Ölkə
 24-05-2022, 15:18     246

Dünyanın ən böyük 100 bankı. Yüzlüyə düşən bir bankı olan ölkələr hamısı inkişaf etmiş ölkələrdir. Birinci bankın aktivləri 4,3 trilyon dollardır, 100-cü bankın isə - 294 milyard dollardır. Təəssüf ki, Türkiyə və Azərbaycanın heç bir bankı bu siyahıya düşə bilməyib.

Musavat.com maliyyəçi-alim, sabiq maliyyə naziri Saleh Məmmədova istinadən xəbər verir ki, bankların dünya yüzlüyündə heç birı müsəlman ölkəsinin banklarının adı yoxdur: “Müstəqillik qazandıqdan sonra Azərbaycanda belə bir plan qoyulmuşdu: Sinqapur, Cənubi Koreya, Çin və s. təcrübəsinə əsasən dünyanın top yüz bankının hamısını ölkəyə dəvət etmək, işlərinə şərait yaratmaq. Bunların toplam aktivləri 80 trilyon dollardan çoxdur, əgər bu banklar aktivlərinin 0,1 faizini bu ölkədə yerləşdirsələr idi, 130 milyard manat əlavə investisiya mənbəyi yarana bilərdi və faizlər 1faizin altına düşərdi... Amma nailiyyətlər heç yaxına da gəlmir. Bütün Azərbaycan banklarının ümumi aktivləri 19 milyard dolları ötmür, 100-lüyə düşmək üçünsə ən azı 300 milyard dollar aktivlərə sahib olmaq lazımdır. Azərbaycan kimi orta ölkələr içərisində İsveç, Norveç, Luksemburq, Sinqapur və s. 100-lükdə yerləşən banklara sahibdir”.

Maliyyəçi-alimin sözlərinə görə, bir Azərbaycan bankının ilk yüzlükdə olması ölkəyə ən azı 500 milyard manat əlavə kapitalın - investisiyanın yerləşdirilməsi demək olardı: “Bankların əsas vəzifəsi kassa-hesablaşma əməliyyatları deyil, investisiya mənbələrini toplayıb onları aktiv hala gətirməkdi, yəni maliyyə aktivlərinə çevirmək, finansallaşdırmaqdır. Hər bir ölkədə investisiyaların 70-80 faizi kreditlər hesabına maliyyələşdirilir. Bu gün isə əsas fondlara yönəldilən investisiyaların həcmi 16 milyard manat təşkil edir, kreditlərin həcmi isə cəmi 17 milyard manatdır, investisiyaların əsas hissəsi isə büdcə və ya valyuta ehtiyatları hesabına maliyyələşdirilir. Əsas fondlara investisiyaların həcmi 2014-cü ildən davamlı azalır, hətta son rübdə 10 faiz azalıb. Resurslar 100 milyardlarla ölçülür, amma istifadəsizdir, ya sandıqlarda, ya xarici ölkələrdə... Pul coğrafiyasında haqsızlıq, qeyri-bərabər bölgü, pul vəsaitlərinin aktivlərə çevrilə bilməməsi, ehtiyatlardan zəif istifadə (10 faiz) bunlar hamısı zəif maliyyə vasitəçilik sisteminin, bankların, sığortanın, pensiya fondlarının, investisiya fondlarının və s. zəif işinin nəticəsidir. Banklar və xüsusilə, Mərkəz Bankı düşünməlidir: yanlış siyasət ölkəyə nə qədər böyük zərbə vurur”?

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26