Interposta.Info

Rusiyanın ən varlı ailəsinin bir trilyon borcu varmış

Dünya
 11-10-2019, 22:00     10 512

Rusiyalı bankir Mixail Qutseriyevin özünün başqa banklara 1 trilyon rubl (15 milyard 585 milyon ABŞ dolları) borcu olduğu aşkarlanıb.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, bu barədə “Forbes” jurnalı özünün etibarlı mənbələrinə əsaslanaraq məlumat yayıb.

Xəbərdə bütün hesablamaların “pis aktivlər” bankı kimi tanınan “Trast” bankı tərəfindən aparıldığı qeyd olunub.

Həmin bank biznesmenin ailəsinin ən böyük kreditorlarından sayılır. Mixail Qutseriyevin bacısı oğlu Mikayıl Şişxanovun “Trast”a 320 milyard rubl borcu var.

Qutseriyevlər ailəsinin ən çox borcu olduğu qurum isə “Sberbank” sayılır - tam 500 milyard rubl. Onun 170 milyardı milyarderin özünün qəbul emtədiyi Afips neft emalı zavodu ilə əlaqədardır.

Bundan başqa ailənin nəzarəti altında olan “Russneft”i “VTB”yə 77 milyard borcu yaranıb.

Ailənin qalan banklardakı maliyyə öhdəlikləri 10 milyard rubl qədərdir.

“Forbes”ın hesabalamalarına görə, Qutseriyevlərin borcu Rusiyanın bütün bank sistemindəki aktivlərinin 1 %-ni təşkil edir.

Qeyd olunur ki, jurnal hər il Rusiyanın ən varlı ailə klanlarının reytinq cədvəlini dərc edir.

Artıq 6 ildir ki, Qutseriyevlər ailəsi bu siyahıda liderliyini qoruyur. Onların ümumi sərvəti 5,65 milyard dollar olaraq dəyərləndirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26