Interposta.Info

“Forbes” jurnalı Rusiyanın ən varlı ailələrinin siyahısını açıqlayıb

Dünya
 28-08-2019, 17:39     10 339

ABŞ-ın “Forbes” jurnalının analitikləri Rusiyanın ən varlı klan -ailələrinin reytinq siyahısını dərc edib.

Buna görə rusiyalı oliqarxlar öz aktivlərini ötən ilə nisbətən 300 milyon dollar artırıblar. Onlaırn ümumi sərvəti isə 25,3 milyard dolları ötür. Qeyd olunur ki, siyahıda 3 yeni ailənin adı daxil edilib.

Bunlardan biri Yevtuşenkovlardır. Klan başçısı Vladimir Yevtuşenkov “Sistema” Səhmdar Finans Korporasiyasının (AFK “Sistema”) 64%-nə malikdir. Onun, oğlu Felikslə birlikdə şəxsi varidatı 1,94 milyard dollar səviyyəsində ölçülür. (Yeri gəlmişkən, bu şirkətin direktorlar şurasının üzvlərindən biri də Ermənistanın keçmiş prezidenti Robert Köçəryandır-red.)

Digər yeni iki ailənin Linnikovlar və Mixaylovlar olduğu bildirilir.

Reytinqlərdə isə artıq 5 ildir mövqelərini əldən verməyən Qutseriyevlər ailəsi liderlik edir. Doğrudur, onların sərvəti bu il bir qədər azalaraq, 5,97 milyard dollardan 5,65 milyard dollara qədər düşüb.

Ailə kapitalının genişlənməsində “Safmar” şirkətlər qrupunun direktorlar şurasının sədri Mikail Qutseriyevin payı böyükdür. Ailə “M.Video” elektron alətlər mağazalar şəbəkəsinin də sahibidir.

“Forbes” jurnalı Rusiyanın ən varlı ailələrinin siyahısını açıqlayıb

Mikail Qutseriyev sahibkarlıq fəaliyyətindən başqa prodüser mərkəzinin də rəhbəridir və hətta Rusiyanın ulduz müğənnilərinin mahnılarına yazılan sözlərin müəllifi sayılır.

İkinci sırada Rusya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Rotenberqlər ailəsi gəlir. Arkadi və Boris qardaşlarının ümumi gəlirləri 5,55 milyard dollar təşkil edib. Qərbin “qara sanksiya siyahısı”nda da olan iki qardaş aktivlərini qorumaq məqsədilə paylarının bir hissəsini övladlarına (İqor və Liliya) veriblər.
“Forbes” jurnalı Rusiyanın ən varlı ailələrinin siyahısını açıqlayıb

3-cü yer Şaymiyevlərə məxsusdur. Klanda Ayrat Şaymiyev, onun qardaşı Radik və oğlu Timurun adı ön plandadır. Timur bu yaxınlara qədər “Aranat-Stan Qrup” şirkətini idarə edib. Son bir ildə Şaymiyevlərin sərvəti 320 milyon dollar artaraq 2,8 milyard olub.
“Forbes” jurnalı Rusiyanın ən varlı ailələrinin siyahısını açıqlayıb

Dördüncü sırada Qapontsevlər ailəsi qərarlaşıb. Dünyada ən böyük sənaye lazer istehsalçısı sayılan “IPG Photonics” şirkətinin sahibi Valentin Qapontsev və onun oğlu Denisin birlikdə sərvəri 2 milyard dollar həcmindədir.
“Forbes” jurnalı Rusiyanın ən varlı ailələrinin siyahısını açıqlayıb

Sonrakı yerlərdə isə “Kafijat” şirkətinin başçısı Məqdət Rəhimqulov və onun oğlu Timur (1,89 milyard dollar), habelə “PECO” şirkətlər qrupunun sahibi Sergey Sərkisov və onun qardaşı Nikolayın (1,6 milyard dollar) adı çəkilir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26