Interposta.Info

Qadir İbrahimli Lənkəranda dəfn ediləcək (YENİLƏNİB/FOTO)

Ölkə / Manşet
 20-05-2022, 14:02     326

Bu gün xəstəxanada vəfat edən jurnalist Qadir İbrahimlinin cənazəsi ailəsinə təhvil verilib.

APA xəbər verir ki, jurnalistin cənazəsi Yasamal rayonundakı Hacı Cavad məscidinə aparılıb.

Daha sonra Qadir İbrahimli ilə "Jurnalistlər binası"nın qarşısında vida mərasimi keçiriləcək.

Jurnalist doğulduğu Lənkəran şəhərində dəfn ediləcək.

Qeyd edək ki, Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

O, bu gün səhər saatlarında vəfat edib.

Jurnalist Qadir İbrahimli vəfat edib.

Bu barədə Qaynarinfo-ya TƏBİB-dən bildirilib. 53 yaşlı jurnalist az öncə dünyasını dəyişib.

Xatırladaq ki, Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

İnterPosta.info

Qadir İbrahimli Lənkəranda dəfn ediləcək (YENİLƏNİB/FOTO)





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26