Interposta.Info

Zabil Müqabiloğlunun övladı:

Manşet
 27-02-2017, 15:30     643

Zabil Müqabiloğlunun övladı:Təxminən bir neçə ay əvvəl onunla xəstəxanada görüşmüşdük. Jurnalist mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Zabil Müqabiloğlunun qaraciyər transplantasiyasına ehtiyacı var idi: "Vəziyyətim kritikdir, həkimlər də deyir ki, mütləq əməliyyat olunmalısan. Qaraciyər köçürülməlidir".

Sağlamlığına diqqət edəcəyinə söz vermişdi, ömür vəfa etmədi...


Bu gün doğmaları, əzizləri və həmkarları Zabilli son mən mənzilə yola salmaq üçün toplaşmışdılar


Mərhumun bibisi oğlu Rəşad Zabilin komadan ayılmadığını bildirib: "Ötən gecə müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) dünyasını dəyişib. Qəflətən vəziyyəti pisləşdi. Dərhal xəstəxanaya çatdırdıq. Heyf ki, yaşamadı. Səhiyyə Nazirliyi və xəstəxana heyəti əlindən gələn yardımı etmişdi. Komadan oyanmadı".

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olmuşdu. Jurnalistin 12 yaşlı oğlu Əli deyir ki, atası ona sağalacağını vəd edibmiş: "Dedi ki, mən indi yaxşılaşmışam, analizlərimi verməyə gedəcəm. Amma qaraciyəri ağrıyırdı".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də vida mərasiminə qatılanlar arasındaydı: "Azərbaycan jurnalistikasına böyük itkidir. Tanınmış və istedadlı jurnalist Zabil Müqabiloğlu biz tərk edib. Zabil mənimlə "525-ci qəzet"də, sonradan isə "Yeni Müsavat" qəzetində çalışıb. Avropa Şurasında səfərlərdə olanda Zabil də iclasları işıqlandırmaq üçün bizimlə gedərdi. AŞPA-nın iclaslarında iştirak edirdi. Azərbaycan dövlətçiliyinə xidmət eləyən yazılar yazırdı".

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da həmkarı ilə bağlı fikirlərini bölüşdü: "Zabil bizim hamımızın dəyərli dostumuz və qardaşımız olub. Onunla jurnalistikaya bir yerdə gəlmişik. Bu gündən sonra "Zabili qoruya bilmədik" təəssüfü ilə yaşayacağıq. Onu qorumaq üçün nə qədər səylər göstərdik, qoruya bilmədik".

Zabil Müqabiloğlu Pirşağı qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan qəbiristanlıqda valideynlərinin və qızının yanında dəfn olundu.

interposta.info/Allah rəhmət eləsin!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26