Interposta.Info

Külək nə vaxt səngiyəcək? - AÇIQLAMA

Ölkə
 20-05-2022, 09:38     286

“Bu gün Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək”.

"İnterPosata"nın məlumatına görə, bunu Oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacaq:

“Mayın 21-i səhər saatlarından külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.

Xidmət rəsmisi əlavə edib ki, bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək:

“Bəzi yerlərdə şimşək çaxacaq. Mayın 21-dən səhər saatlarından yağıntı kəsiləcək. Mayın 22-dən əksər rayonlarda yağmursuz hava şəraiti olacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26