Interposta.Info

Bakıda güclü külək nə vaxt səngiyəcək? (AÇIQLAMA)
 

Ölkə
 11-11-2021, 09:13     414

"Bu gün paytaxtda əsən güclü şimal-qərb küləyi gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək”.

Bunu Oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, gün ərzində paytaxtda fasilələrlə yağış yağacaq:

"Havanın temperaturu 9 dərəcə isti təşkil edəcək”.

O bildirib ki, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək:

"Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi yerlərdə qar yağacaq”.

G.Məmmədova əlavə edib ki, noyabrın 12-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26