Interposta.Info

Zəngilanın Ağalı kəndinin sakinləri yaxın vaxtlarda köçürüləcək

Ölkə
 14-04-2022, 13:43     317

"Böyük Britaniya minatəmizləmə ilə bağlı Azərbaycana dəstək verir. Ancaq biz beynəlxalq ailəmdən böyük dəstək almamışıq”.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.

O bildirib ki, böyük qayıdışa ən böyük maneə mina problemidir.

Dövlət Komitəsinin sədri həmçinin söyləyib ki, artıq Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd” tikilib qurtarıb və ya qurtarmaq üzrədir: "Həmin kəndin sakinləri yaxın vaxtlarda doğma yerlərinə köçürüləcəklər”./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26