Interposta.Info

Dövlət Komitəsi 510 məcburi köçkünlə bağlı məhkəməyə müraciət etdi

Ölkə / Manşet
 14-04-2022, 13:36     442

"Dövlətin məcburi köçkünlərə verdiyi mənzillərlə bağlı monitorinqlər davam etdirilir, həmin evlərdə yaşamayanların siyahısı müəyyənləşdirilir”.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.

"Məcburi köçkünlərin hər biri mənim üçün əzizdir. Bəzən elə hallar olur ki, məcburi köçkünlərin mənzilləri öz adlarına olmur, yataqxanada yaşayırlar. Adətən, köçürülmə zamanı yataqxanalarda yaşayan məcburi köçkünlər nəzərə alınır. Ancaq biz sonradan görürdük ki, onların bəziləri həmin evlərdə yaşamırlar. Ona görə də 510 belə halla bağlı məhkəməyə müraciət etmişik. Məhkəmə müraciətimizi təmin edəndə, həmin qərara uyğun olaraq ev mənzilə ciddi ehtiyacı olan məcburi köçkün, şəhid və qazi ailələrinə verilir. Bu, asan məsələ deyil. Bu hallar Bakıda və rayonlarda olan qəsəbələrimizdə var”, - o vurğulayıb./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26