Interposta.Info

Qaçqınkomda daha bir kadr təyinatı

Gündəm
 1-05-2018, 19:32     10 696

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatı olub.

"XeberBiz" Report-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, İbrahim Mirzəyev qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru təyin edilib.

1980-cı il təvəllüdlü İbrahim Elman oğlu Mirzəyev əvəllər müxtəlif mətbuat orqanlarında, o cümlədən AzTv-də işləyib.

Qeyd edək ki, Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov işdən çıxarılıb.

Xatırladaq ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26