Interposta.Info

Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn edildi (YENİLƏNİB/FOTOLAR)

Ölkə / Manşet
 28-03-2022, 15:33     199

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda torpağa tapşırılıb.

"Report” xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, A.Mütəllibov uzun sürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib.

14:24

Sabiq Prezident Ayaz Mütəllibovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.

APA xəbər verir ki, vida mərasimində sabiq Prezidentin yaxınları, deputatlar Vahid Əhmədov, Tahir Kərimli, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan sabiq prezidentin köməkçisi Qulu Həsənoğlu deyib ki, bu gün Ayaz Mütəllibovun ailə üzvləri və yaxınları üçün ağır bir gündür: "Azərbaycan ziyalısı, sülhpərvər bir insan bu gün tarixə qovuşdu. O, özü ilə bərabər böyük bir tarix apardı”.

Daha sonra deputat Vahid Əhmədov çıxış edib və sabiq prezidentlə bağlı xatirələrindən danışıb: "Ayaz Mütəllibov Azərbaycanın siyasi-ictimai həyatında çox ciddi işlərə imza atıb. Hesab edirəm ki, onun o dövrdə Azərbaycan iqtisadiyyatının dirçəlməsində böyük xidmətləri olub. Ölkəmiz məhz onun dövründə BMT-yə üzv olub. Ayaz Mütəllibovun vida mərasimi dövlət səviyyəsində qeyd olunur. Mən bunun üçün dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm”.

Millət vəkili Tahir Kərimli isə bildirib ki, o, Azərbaycanın ilk prezidenti olmuşdu və bu, böyük bir hadisədir: "Onun dövründə Çaykənd əməliyyatı keçirildi. Torpaqlarımızın böyük hissəsi erməni daşnaklarından təmizləndi. 1990-cı ildə mən İsmayıllıdan deputat seçilən zaman Ayaz Mütəllibovun demokratik baxışı olmasaydı, bəlkə də seçilməyimə icazə verilməzdi. Mən onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Yeri cənnət olsun".

Mərasimdə çıxış edən sabiq Prezidentin oğlu Zaur Mütəllibov özü və ailəsi adından Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya göstərdikləri diqqətə görə təşəkkür edib.

Sabiq Prezidentin nəvəsi Tahir Mütəllibov isə jurnalistlərə açıqlamasında babasının vəfatı ilə bağlı fikirlərini bölüşüb: "Çox görkəmli və hamını sevən bir insan idi. Bizim üçün çox böyük bir itkidir. Son dövrlərdə siyasət haqqında söhbətlərimiz olurdu. Sonuncu dəfə 1 ay bundan əvvəl danışmışdıq. Son vaxtlar vəziyyəti ağır idi, danışmaqda çətinlik çəkirdi.

İnterPosta.info























Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26