Interposta.Info

Yalçın Rzazadənin nəşi Lənkərana yola salınıb (YENİLƏNİB)

Mədəniyyət
 23-02-2021, 13:17     687

Vida mərasimindən sonra Xalq artisti Yalçın Rzazadənin nəşi dəfn olunmaq üçün Lənkərana yola salınıb.

"Report"un xəbərinə görə, mərhum Liman şəhərində yaxınlarının yanında torpağa tapşırılacaq.

12.41

Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, mərhumun yaşadığı evin önündə keçirilən vida mərasimində ailə üzvləri və tanınmış mədəniyyət xadimləri iştirak edirlər.

Xalq artistinin cənazəsi dəfn üçün Lənkəran rayonuna aparılacaq.

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26