Interposta.Info

Azərbaycanın Xalq artisti vəfat etdi

Mədəniyyət
 22-02-2021, 22:25     584

Azərbaycanın Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib.

İnterPosta.info-nun məlumatına görə, bu barədə "Report"a müğənninin oğlu Mətin Rzazadə məlumat verib.

O bildirib ki, atası bu gün uzun sürən xəstəlikdən vəfat edib.

Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

Allah rəhmət eləsin!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26