Interposta.Info

Rusiya hərbçiləri Donetskdə bataqlıqda ilişib qaldı, əsir düşdü

Ölkə
 4-03-2022, 23:06     384

Rusiya hərbçiləri Donetsk vilayətində öz "tapşırığını” yerinə yetirərkən bataqlığa ilişib qalıblar. Rusiya Federasiyası Silahlı Qüvvələrinin 70-ci qvardiya motoatıcı alayının 2-ci motoatıcı batalyonunun iki əsgərini saxlamaq mümkün olub.

"İnterPosta" Unian-a istinadla xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"İstintaqın məlumatına görə, 2022-ci il fevralın 24-də işğalçı ölkənin ordusunun 36 və 29 yaşlı BMP-3 komandiri və sürücüsü Krım Muxtar Respublikasının Simferopol vilayətindən Rusiya komandanlığının cinayət əmrini yerinə yetirmək üçün Ukraynanın nəzarət etdiyi əraziyə gedib”, - bəyanatda deyilir.

Qeyd olunur ki, işğalçılar təcavüzü davam etdirmək üçün Ukraynanın nəzarət-buraxılış məntəqələri və hərbçilərinin dislokasiya məntəqələrini axtarmalı imişlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26