Interposta.Info

Müdafiə Nazirliyinin hərbçilərinə “Müharibə veteranı” adı verildi

Ölkə / Manşet
 1-03-2022, 17:54     264

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli sərəncamının icrası işləri çərçivəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Müdafiə Nazirliyinin hərbi qulluqçularına "Müharibə veteranı” adının verilməsinə başlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, nazirliyin hərbi qulluqçularına "Müharibə veteranı” adı verilərək Prezident təqaüdü təyin olunub.

Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi anda şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı son məlumatda "Müharibə veteranı” adının verilməsi üçün məlumatların "Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilməsi məqsədilə nazirlikdə fəaliyyət göstərən komissiyaların işi davam etdirdiyi bildirilib: "Təqdim edilən sənədlər və daxil olan müraciətlər əsasında döyüşlərdə iştirak etmiş 76000 nəfərin adı artıq "Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilib. 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26