Interposta.Info

Heyvandarlığın inkişafı BMT-nin nümayəndələri ilə müzakirə olundu

Ölkə
 3-02-2022, 15:07     250

Azərbaycan Heyvandarlıq Assosiasiyasında (AHA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin layihə rəhbərləri ilə görüş keçirilib.

AHA-dan "İnterPosta"ya bildirilib ki, görüşdə Azərbaycan Heyvandarlıq Assosiasiyasının sədri Nazim Səfərov, eləcə də FAO-nun Azərbaycan nümayəndəliyinin layihə rəhbərləri Elməddin Namazov və Ülkər Abdullazadə iştirak ediblər.

Görüş zamanı ölkəmizdə heyvandarlıq sahəsində həyata keçirilən işlərdən danışılıb və mövcud problemlər barədə müzakirələr aparılıb.

Eyni zamanda, ölkəmizdə heyvandarlığın inkişafı, idxal olunan xarici cins heyvanların yetişdirilməsi, müasir heyvandarlıq üçün zəruri olan qida rasionları və ərzaq riskləri, eləcə də fermerlərin maarifləndirilməsi üçün sahə tədris mərkəzlərinin yaradılması haqqında fikir mübadiləsi aparılıb.

Həmçinin söhbət zamanı Azərbaycan Heyvandarlıq Assosiasiyasının tərkibində qoyunçuluğun inkişafı üçün FAO nümayəndələrinin təklif etdiyi layihə və fermerlərin bu layihəyə cəlb olunmasının zəruriliyi müzakirə olunub.

Qeyd olunub ki, Azərbaycanda qoyunçuluğun və ümumilikdə heyvandarlığın inkişafı, eləcə də yerli cins heyvanların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş digər mövzular ətrafında müzakirələrlə davam etdirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26