Interposta.Info

Gürcüstan Azərbaycanla birgə yaradacağı gömrük məntəqəsi ilə bağlı çağırış edib

Ölkə
 26-01-2022, 21:33     317


"Ötən il Gürcüstan və Azərbaycan arasında "İpək yolu" birgə gömrük-buraxılış məntəqəsinin yaradılmasını nəzərdə tutan saziş imzalanıb".

Bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Beynəlxalq Gömrük Gününə həsr olunan təbirdə çıxışında deyib.

O, tərəfdaş təşkilatları bu layihənin həyata keçirilməsini dəstəkləməyə çağırıb.

Nazir, həmçinin qeyd edib ki, 2021-ci ildə Gürcüstan, Türkiyə və Azərbaycan arasında gömrük sahəsində yeni üçtərəfli əməkdaşlıq formatının əsası qoyulub.

L.Xutsişvili gömrük sahəsində ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26