Interposta.Info

Şəhid Ayaz Nəzərovun nəşi ailəsinə təhvil verildi (FOTO)

Ölkə
 12-01-2022, 13:16     269

Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərovun nəşi ailəsinə təhvil verilib.

Şəhidin nəşi Tovuzun Bozalqanlı kəndindəki evinə gətirilib.

Qeyd edək ki, şəhid nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy abu-havasında bəzədilib. Bundan başqa, mağarın içinə toy xonçaları düzülüb.

Şəhid doğulub, boya-başa çatdığı Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət etsin!

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26