Interposta.Info

Neft Daşlarında dalğanın hündürlüyü 2.6 metrdir - FAKTİKİ HAVA

 

Ölkə / Manşet
 8-01-2022, 16:50     367

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-nə olan məlumatına əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 20 m/s-dək güclənib, Altıağacda 23 m/s qeydə alınıb.

ETSN-in Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan "İnrerPosta"ya verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrdir.

Gün ərzində küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, gecəyə doğru isə tədricən 18-20 m/s olacaq.

Küləkli hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26