Interposta.Info

Xəzərdə dalğanın hündürlüyü 2.4 metrə çatıb

Ölkə
 18-01-2022, 21:04     309

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrimetetorologiya Xidmətindən "İnterPosta"ya verilən məlumata görə, saat 19:00-a olan məlumata əsasən, gündüz saatlarından başlayaraq cənub-qərb küləyi güclənib.

küləyin maksimal sürəti rayonlarda 22 m/s, Abşeron yarımadasında 22 m/s, Abşeron-Dəniz rayonunda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Abşeron yarımadasında adətən güclənən cənub küləyi şimal küləyi ilə müqayisədə daha çox səsli-küylü olur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26