Interposta.Info

Son sutkanın koronavirusa yoluxma statistikası

Ölkə
 13-12-2021, 18:01     263

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 518 yeni yoluxma faktı qeydə alınıb, 871 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 604 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 135 nəfər müalicə olunaraq sağalıb, 8 104 nəfər vəfat edib. 19 759 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 510, bu günə qədər isə ümumilikdə 5 683 256 test icra olunub.

Koronavirus (COVID-19) əleyhinə 8 vaksin vurulub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 nəfər təşkil edib. Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 894 080, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 120 575, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 617 228 nəfər təşkil edir. Ümumilikdə isə 1 156 277 buster doza vurulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26