Interposta.Info

Azərbaycanda son sutkanın yoluxma statistikası

Ölkə
 28-05-2021, 17:35     463

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 242 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 198 nəfər müalicə olunaraq sağalıb, 4 896 nəfər vəfat edib. 5 465 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 254, bu günə qədər isə ümumilikdə 3 496 635 test icra olunub.

Son gündə koronavirus əleyhinə 62 296 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 155, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 91 41 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 169 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 279 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 8 89 829 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26