Interposta.Info

Son sutkanın yoluxma statistikası

Ölkə
 20-11-2021, 18:13     296

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1763 yeni yoluxma faktı qeydə alınıb, 2 499 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 572 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 535 674 nəfər müalicə olunaraq sağalıb, 7 599 nəfər vəfat edib, aktiv xəstə sayı 28 812 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 271, ötən müddət ərzində isə ümumilikdə 5 431 440 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 33072. vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6842, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21748 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10267178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5047093, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4519516, buster doza üzrə vaksinasiya olunanların sayı isə 700569 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26