ŞƏHİD babasının adını daşıyıb, talehini yaşayan ŞƏHİD nəvə - Gülverdinin mübarək şəhadətə qovuşduğu günüdür/VİDEO

Şəhidlərin talehi fərqli olur, necəki Gülverdinin talehi fərqli oldu –Şəhid babasına bənzədi!
Abşeron rayonunun Qobu qəsəbəsində 15.11.1997-ci il tarixdə doğulmuş Qasımov Gülverdi Abil oğlunun ailə züvüləri İnterPosta.info-ya bildirib ki, ailədə hərzaman seçilən Gülvrtdi vətənə olan sevgisini öz gündəliyində geyd edirmiş. O, öz otağında Azərbaycan bayrağına xüsusi yer ayırmışımış.
Şəhid Gülverdinin babası Hüseynov Gülverdi Ağahüseyn oğlu 1992-ci ildə birinci Qarabağ müharibəsində döyüşərək şəhid olubmuş.
Anası Pakizə xanım onuda bildirir ki, övladı ona hərzaman deyirmişimiş ki, mən gedib babamın qisasın alacağam. Elə bu belədə oldu, Gülverdi babasının qisasını alıd.
II Qarabağ müharibəsində isə babanın adını daşıyan nəvəsi Qasımov Gülverdi Abil oğlu 2020-ci il oktyabrın 26-da qəhrəmancasına döyüşərək şəhidlik zirvələrinə yüksəlib.
Şəhid baba və nəvənin xatirəsinə müəllimi, xeyriyəçi Qobu kənd sakini Ağsəlim Məmmədov bulaq kompleksi inşa etdirib.
Abşeron rayonunun Qobu qəsəbəsi Bələdiyyəsinin sədiri Araz Nəcəfov bildirir ki, şəhidlərin məzarı ətrafında abadlıq işlərini yerli bələdiyyə hesabına aparılıb.
Allah cümlə şəhidlərimizə hərmət etsin, yaxınlarına səbir versin.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26