Interposta.Info

Bakıda Polis Şöbəsinə kanalizasiya suyu doldu - Video

Ölkə
 14-10-2021, 12:13     299

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda küçədə partlayan kanalizasiya borusunun tullantıları yaxınlıqda yerləşən Dövlət Yol Polisi Şöbəsinin inzibati binasına da daxil olub.

"İnterPosta" Avtosfer.az-a istinadən xəbər verir ki, Binəqədi şossesində, Binəqədi rayon DYPŞ-nın inzibati binası, otaqları da kanalizasiya suyu ilə dolub. Kanalizasiya suyu daşıb və ətraf əraziləri, insanların həyətini və evini əhatə edib.

İnterPosta.info-nın məlumatına görə, şöbədən "Qafqazinfo"ya bildirilib ki, artıq problem aradan qaldırılıb.



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26