Interposta.Info

ETSN: Bakının 50 faizində kanalizasiya şəbəkəsi yoxdur

Ölkə
 23-06-2021, 10:12     443

“Bakının 12 rayonunda kanalizasiya şəbəkəsi 50 faizdir”.

APA-nın məlumatına görə, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov “Ekspert saatı”nda deyib.

O bildirib ki, digər 50 faizdə nəzərdə tutulan infrastruktur yaradılmadığına görə paytaxt ekoloji problemlərin məngənəsindədir:

“Bu gün Böyük Şor, Zığ gölü, Bülbülə gölü, Binəqədi gölü, Lökbatanda Üçgölün, ümumilikdə 9 gölün reabilitasiyası və tezliklə bərpası nəzərdə tutulub. Düşünürəm ki, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yaşayış massivlərinin salınmasında məhdudiyyət olmalıdır. Tələb qoyulmalıdır ki, yaşayış massivi tikilirsə, orda infrastruktur yaradılsın”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26