Interposta.Info

Əks-göstəriş sertifikatı bu qaydada verilir - Nazirlik açıqladı

Ölkə
 10-09-2021, 12:35     272

Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatının verilməsi qaydasını açıqlayıb.
"İnterPosta"nın xəbərinə görə, 19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanov bildirib ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim etməlidirlər.
Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa) həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26