Interposta.Info

Son sutkada neçə nəfər koronavirusa yoluxub? - Günün statistikası

Ölkə
 26-08-2021, 15:36     405

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 714 yeni yoluxma faktı qeydə alınıb, 2 470 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 405 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5 434 nəfər vəfat edib, aktiv xəstə sayı 46968 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 247, ötən müddət ərzində isə ümumilikdə 4 379 510 test aparılıb.

Son gündə koronavirus əleyhinə 84232 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54063, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30169 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6419537, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3884713, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2534824 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26