Interposta.Info

Azərbaycanda son sutkanın yoluxma statistikası

Ölkə
 1-07-2021, 17:37     382

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 275 nəfər müalicə olunaraq sağalıb, 4 975 nəfər vəfat edib, aktiv xəstə sayı 872 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8828, ötən müddət ərzində isə ümumilikdə 3 758 131 test aparılıb.

Son gündə koronavirus əleyhinə 85 889 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 063 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 597 108, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 256 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 340 292 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26