Interposta.Info

BVF-nin ayırdığı 650 milyarddan Azərbaycana nə qədər düşə bilər? - Ekspert

Ölkə
 25-08-2021, 16:56     452

Düşünürüm ki, bir çox ölkələr, o cümlədən Azərbaycan da Beynəlxalq Valyuta Fondunun bu təklifindən yararlanacaq”.

Bunu "İnterPosta"-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Beynəlxalq Valyuta Fondunun dünya iqtisadiyyatının bərpası üçün 650 mlrd dollar vəsait ayırılması və bundan Azərbaycanın payına nə qədər düşəcəyi ilə bağlı suala cavabında deyib. Ekspertin sözlərinə görə, Azərbaycana 500 milyon dollardan bir az çox vəsaitin ayrılması imkanı var:

"Çox güman ki, Azərbaycan da bu yolla əldə etdiyi vəsaitin sonradan nəğdləşdirilməsi və yaxud da pula çevirlməsi üçün müxtəlif alətlərdən istifadə edəcək. Xarici borcumuzun bir hissəsini bu vəsait hesabına ödəmək və yaxud da zəmanətli kağızları girov kimi başqa banklarda qoyub vəsait əldə etmək hüququ olacaq. Kifayət qədər də məqbul şərtlərdir”.



Natiq Cəfərlinin sözlərinə görə, Beynəlxalq Maliyyə Fondu dəfələrlə bu alətdən istifadə edib:

"Beynəlxalq Maliyyə Fondu 2008-ci ildə beynəlxalq maliyyə böhranı zamanı da bu alətdən istifadə edib və dövlətlərə müəyyən dəstək üçün belə bir proqram həyata keçirib. İndi də pandemiya ilə əlaqədar dövlətlərə belə bir təkliflə çıxış elədi. Bu, əslində nəğd valyuta və nəğd vəsait deyil. Buna xüsusi borclanma hüququ deyilir və Beynəlxalq Valyuta Fondunun zəmanəti olan qiymətli kağızlardır. Həmin ölkələr bunu pul şəkilində almayacaqlar, borc kağızlarından müxtəlif istiqamətlərdə istifadə edə biləcəklər. Məsələn, xarici borcun ertələnməsi, yaxud da ödənilməsi üçün. Yaxud da borc kağızlarını beynəlxalq birjalarda sata da bilərlər. Bunu müxtəlif cür pula çevirmə üsulları var”.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının bərpası üçün 650 mlrd dollar vəsait ayırıb. Bu pulun 275 mlrd. dolları inkişaf etməkdə olan ölkələr üçün, o cümlədən 25 mlrd dollar MDB+Gürcüstan üçün ayrılır.



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26