Interposta.Info

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər vəsaiti varmı? (ŞƏRH)

İqtisadiyyat
 16-08-2021, 13:03     411

"Söhbət əgər infrastruktur layihələrindən - qaz, yol çəkilisi, elektrik təhcizatından gedirsə, bunun üçün Azərbaycanın indiki büdcəsində imkanlar var. Qarabağın bərpası üçün 2021-ci il dövlət büdcəsində 2 milyard manatdan çox vəsait nəzərdə tutulub. Bu vəsaitlə bərpa mümkündür”.

Bunu "İnterPotsa"-ya açıqlamasında iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli Azərbaycan Prezidenti İlham Əliyevin "CNN Türk” televiziya kanalına müsahibəsində "Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb" fikirini şərh edərkən deyib. Onun fikrincə, əgər söhbət tamamiylə dağıdılmış evlərin, sosial obyektlərin, özəl və dövlət mülkiyyətində olan binaların, sənaye sahələrinin və digərlərinin bərpası ilə bağlıdırsa, Azərbaycanın indi buna imkanı çatmaz:



"Heç dövlət büdcəsi, həm də Azərbaycanın valyuta ehtiyyatları belə buna yetməz. Çünki söhbət bir neçə yüz milyad dollardan gedir. 2010-cu ilə kimi olan hesabatlarda Nazirlər Kabinetinin qərarı ilə yaradılmış müxtəlif ekspert qruplarının açıqladığı rəqəm 300 milyarddan artıq idi. Mənim də bəzi araşdırmalarım var idi. 2015-ci ildə elmi işimdə bu rəqəm də göstərilib, Qarabağın müasir standartlara gətirilməsi üçün 350 milyard dollardan artıq maliyyə tələb olunacaq. Bu böyük rəqəmdir. Bu rəqəmin altında yatan iqtisadi yük də böyükdür. Yəqin ki, ölkə başçısı dediyimiz kimi ilkin olaraq yol infrastrukturu, qazın çəkilməsi və eyni zamanda elektrik xəttlərinin verilməsi ilə bağlı danışıb. Minimum tələbləri yerinə yetirmək üçün ola bilər ki, vəsait var".

Nazim Bəydəmirli bildirib ki, Azərbaycan Qarabağın bərpasına dəstək olmaq məqsədi ilə başqa dövlətlərdən, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr həmsədr ölkərindən dəstək ala bilər. Həmçinin ekspert deyib ki, hökümət bu məqsədlə fond yaratmalıdır:

"Əslində fond yaranıb, ancaq bunun beynəlxalq səviyyədə tanınması və ora BMT-nin təşkilatçılığı ilə ölkələr tərəfindən ianələrin toplanmasının tərafdarıyam”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26