Interposta.Info

Şəhid Şahgündüz Cabbarovun "Gözləyin dağlar, gəlirəm" kitabının təqdimatı... - VİDEO/FOTO

 

Ölkə / Manşet
 12-08-2021, 14:27     810

Dünən Xəzər rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında şəhid Şahgündüz Cabbarovun "Gözləyin dağlar, gəlirəm" kitabının təqdimatı oldu.

Pandemiyanın şərtlərinə uyğun olaraq keçirilən tədbirdə məhdud sayda Laçın sakinləri də iştirak edirdilər.

Tədbirdə millət vəkilimiz Mahir Abbaszadə, Laçın rayon İcra hakimiyyəti başçısının müavini Aynurə xanım, şair İlham Qəhrəman, l Qarabağ müharibəsinin komandirlərindən olan Rafiq Nağıyev və Oğuldərə kənd sakini Əfqan bəy çıxış edərək kitab haqqında təəssüratlarını bölüşdülər, şəhidimizin ömür yolundan söhbət açdılar.
Şəhidin atası, şair Kamil Vəfadar ailə üzvləri adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

Sonda tədbirin aparıcısı, şair Hacı Arif Buzovnalı Şahgündüzə həsr edilmiş rəsm əsərlərinin müəlliflərini səhnəyə dəfət etdi. Rəsm nümunələri Şahgündüzün ailə üzvlərinə təqdim olundu.

Allah Şahgündüz Cabbarovun timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Həmişə böyük ehtiramla xatırlanacaqlar.

Arif Məmmədli,
"Laçın yurdu" jurnalının baş redaktoru
İnterPosta.info











Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26