Interposta.Info

Sumqayıtı qatı tüstü bürüyüb: Səbəb nədir? (VİDEO)

Ölkə
 5-08-2021, 12:07     352

Bir neçə gündür sosial şəbəkələrdə Sumqayıtın havasının çirkləndirilməsi ilə bağlı məlumatlar yayılıb.

Sakinlərin sözlərinə görə, buna səbəb şəhərin məişət tullantıları poliqonundan, eləcə də bir sıra zavodlardan çıxan tüstülərdir.

Müşahidələrdən belə nəticəyə gəlmək olar ki, Sumqayıta çirkli hava bir neçə istiqamətdən daxil olur. Onlardan biri Bakı-Quba yolunun 30-cu kilometrliyində yerləşən məişət tullantıları poliqonudur ki, burada tez-tez yanğınlar baş verir və oradan çıxan zəhərli tüstü əsasən şəhərin girişini, Stansiya Sumqayıt ərazisini və Yaşıldərəni əhatə edir. Digər ehtimal isə 2018-ci ildən istifadəyə verilən əlvan metallar və ferroərintilər zavodudur ki, həmin zavodun borusundan havaya zəhərli tullantı buraxılır. Bu müəssisə hətta atmosferə müəyyən olunmuş həcmdən artıq tullantı buraxdığı üçün ötən il iki dəfə cərimələnib.

Keçmiş avtobaza ərazisində kabel, metal əridən sex də var ki, buranın da sənaye şəhərinin havasının çirkləndirilməsində rolu var. Sexdə rezin, kauçuk, kabel və metal əridilir ki, həmin tüstü, iy şəhərin əsasən Sülh küçəsinin və "Göyərçin” abidəsinin ətrafına yayılır.

Mövcud problemdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) də xəbərdardır.

ETSN-in Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, illərdir cərimələr tətbiq olunsa da, nəticə dəyişməyib.

Sumqayıt üçün böyük təhlükə olduğundan məsələ artıq hüquq mühafizə orqanlarının nəzarətində olmalıdır. Təqsiri olan şəxslər ciddi cəzalandırlmalıdır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26