Interposta.Info

Bir ölkəyə görə bütün dünya məhv ola bilər

Dünya
 14-05-2021, 09:55     244

Əgər Çin Paris iqlim sazişi çərçivəsində zəhərli qaz tullantılarını azaltmazsa, bütün dünyanı fəlakət gözləyir.

Bunu ABŞ-ın Proqressiv Siyasət İnstitunun strateji məsləhətçisi Pol Blesdo bəyan edib.

Ekspertin fikirlərini “The Hill” nəşri gündəmə gətirib.

İqlim mütəxəssisi olan Blesdo bildirib ki, dünya ölkələri zəhərli qazların atmosferə tullanması sayəsində ciddi irəliləyiş əldə edib. Lakin cəmi bir ölkə bütün bu nailiyyətlərin üzərindən xətt çəkə bilər ki, həmin ölkə də Çindir.

Blesdonun sözlərinə görə, 2019-cu ildə Çində qeyd olunan tullantıların həcmi bütün inkişaf etmiş ölkələrin məcmu göstəricisini üstələyib və bu tendeniya hələ də davam edir. Hazırda qlobal zəhərli qaz tullantıları həcminin 27%-i məhz Çinin payına düşür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26