Interposta.Info

Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi (SƏRƏNCAM)

Ölkə
 23-07-2021, 17:11     523

Prezident İlham Əliyev müdafiə nazirinin müavini Kərim Vəliyevlə bağlı sərəncam imzalayıb.

"İnterPosta" xəbər verir ki, sərəncama əsasən general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, daha öncə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov olub. O, 1993-2020-ci illərdə bu postda olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26