Interposta.Info

Prezident Kərim Vəliyev və Ənvər Əfəndiyevə rütbə verdi (SƏRƏNCAM)

Siyasət / Manşet
 23-11-2021, 17:11     511


General-leytenant Kərim Tofiq oğlu Vəliyevə "general-polkovnik” ali hərbi rütbəsi verilib.

"İnterPosta" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, K.Vəliyev müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisidir.

Prezidentin digər sərəncamı ilə general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə "general-leytenant” ali hərbi rütbəsi verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26