Prezident yeni qərargah rəisi təyin etdi

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.
"XeberBiz" APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.
Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26