Interposta.Info

Bu jurnalistlər mükafatlandırıldı (ADLAR)

Ölkə
 23-07-2021, 11:22     376

Demokratik İslahatlar Partiyası "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata 2021-ci ildə layiq görülən jurnalistlərin adlarını açıqlayıb.

"İnterPosta"nın verdiyi xəbərə görə, Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul – Milli Mətbuat Günü münasibətilə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata 2021-ci ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb.

Qərara əsasən, sözügedən mükafat və müvafiq diplom bu şəxslərə təqdim ediləcək:

1. CBC telekanalının əməkdaşı Elmira Musazadəyə - 44 günlük Vətən Müharibəsi dövründə döyüş bölgəsindən verdiyi operativ və obyektiv reportajlara, eləcə də müharibədən əvvəlki dövrdə populyar olan "Vətənə xidmət edirəm" adlı layihəsinə görə;

2. "Xəzər” telekanalının əməkdaşı İbrahim Həşimova (Kamiloğlu) –44 günlük Vətən Müharibəsi dövründə cəbhənin qaynar nöqtələrindən verdiyi operativ və obyektiv xəbərlərə görə.

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini milli mətbuatımızın yaradılmasının 146 illiyi münasibətilə təbrik edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26