Interposta.Info

Bakıda yeni marşrut xətti istifadəyə verilir (VİDEO)

Ölkə
 12-07-2021, 09:48     374

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək.

Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, yeni marşrut xəttinin nömrəsi 177 olacaq. Yeni qəsəbələrarası müntəzəm marşrut xətti "Pirşağı" dəmiryol stansiyasını, Kürdəxanı, "Ləhic bağları" və Nardaran ərazisindən keçməklə Maştağa qəsəbəsini əlaqələndirəcək.

Sakinlər deyirlər ki, əvvəllər marşrut xətti olmadığına görə kilometrlərlə yolu piyada qət ediblər.

Yeni xəttin təşkili sayəsində sakinlərin marşrut xətti boyunca yerləşən təhsil müəssisələrinə, iaşə obyektlərinə, habelə yay mövsümü ərzində bağlara, çimərliklərə və istirahət mərkəzlərinə rahat gediş-gəlişi mümkün olacaq.

Yeni xətt üzrə avtobuslar iyulun 12-dən fəaliyyət göstərəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26