Interposta.Info

Bakıda bəzi marşrut xətlərinin hərəkətləri dəyişdirildi -

Müxtəlif
 15-06-2017, 12:42     624

Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət traektoriyasında dəyişiklik edilib.


Bu barədə musavat.com-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.

Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər iyunun 17-nə planlaşdırılsa da, “Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5, 6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət traektoriyası artıq dəyişdirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26