Interposta.Info

Əvvəl yeniyetmələr, sonra uşaqlar peyvəndlənəcək - Həkim

Ölkə
 30-06-2021, 12:03     404

Əvvəl yeniyetmələr, daha sonra isə uşaqların peyvəndlənməsi baş tuta bilər.

Bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Nazxanım Qasımova deyib.

"Əvvəl-axır bütün uşaqlar peyvənd olunacaq. Bu, mənim şəxsi proqnozumdur. Artıq bəzi ölkələr, məsələn Böyük Britaniya 12-15 yaşdan yuxarı yeniyetmələrin peyvəndlənməsini təsdiqləyib. Əvvəl yeniyetmələrin, daha sonra isə uşaqların peyvəndlənməsi olacaq. Bəlkə də uşaqlar xəstəliyi asimptomik keçirir, lakin onlar başqalarını yoluxdura bilər deyə risk qrupudur. Digər tərəfdən isə bizi qarşıda hansı ştamm gözləyir bilmirik”, -deyə o bildirib.

İnyerPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26