Interposta.Info

COVID-19-a qarşı peyvəndlənən yeniyetmələrin sayı açıqlandı

Ölkə
 17-01-2022, 17:49     295

Azərbaycanda koronavirusa qarşı peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.

"İnterPosta"nın məlumatına görə, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, indiyədək 552 nəfər yeniyetmə vaksinasiya prosesində iştirak edib.

Bildirilib ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır.

Qeyd olunub ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26