Interposta.Info

Azərbaycanda yeniyetmələrə bu halda vaksin vurula bilər - VİDEO

Ölkə
 6-10-2021, 09:23     537

Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq.

"İnterPosta" "xezerxeber.az"-a istinadən xəbər verir ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə "Pfizer" peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərar qəbul edib.

Beləliklə, yaşı 18-dən kiçik olan 12-15 yaşlı uşaqlar da peyvənd olunacaqlar. Bunun üçün hər iki valideynin razılığı şərtdir.

Valideynlərin isə uşaqların vaksinasiyası ilə bağlı fikirləri birmənalı deyil.

Qeyd edək ki, 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26