Interposta.Info

ÜST: Uşaqlar da koronavirusdan peyvənd edilməlidir
 

Ölkə
 24-06-2021, 09:19     365

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib.

Bu barədə ÜST-ün saytında dərc edilmiş tövsiyələrdə bildirilir.

Sənədə əsasən uşaqlar COVID-19 riski olan qrupda deyilsə, peyvənd kampaniyası tədricən olmalıdır. Vaksinasiyada əsasən yaşlılara, xroniki xəstəlikləri olanlara və səhiyyə işçilərinə üstünlük verilməlidir.

Qeyd edilir ki, uşaqlar və yeniyetmələr böyüklərdən fərqli olaraq, COVID-19-u bir qayda olaraq, yüngül formada keçirirlər.//report.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26