Interposta.Info

"PeyvəndOlundum" kampaniyasına başlanıldı

Ölkə
 10-05-2021, 22:25     362

"PeyvəndOlundum" kampaniyasına başlanıldı

Bu gündən etibarən Azərbaycanda yaşı 18-dən yuxarı olan vətəndaşların COVID-19 əleyhinə peyvənd olunmasına start verilib. Bununla əlaqədar olaraq Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda peyvəndləmənin dəstəklənməsi layihəsi çərçivəsində #PeyvəndOlundum kampaniyasına başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən "İnterPosta"-ya bildirilib ki, istənilən şəxs peyvənd olunduqdan sonra "Facebook" profil fotosu ilə qeyd olunan çərçivəni istifadə etməklə kampaniyaya qoşula bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26