Interposta.Info

Vaksinasiyasız ölüm riski yüksəkdirmi? (AÇIQLAMA)

Ölkə
 19-06-2021, 18:09     522

Hazırda bütün dünyada koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində vaksinasiya işi aparılır.

İnsanlar özlərini və doğmalarınıı bu infeksiyadan qorumaq üçün peyvənd olunmağa çalışırlar. Lakin insanlar arasında elələri də var ki, hələ də vaksin olunmayıb və ümumiyyətlə, vaksin olunmaq arzusunda deyil.

Maraqlıdır, vaksin olunmayan insanlarda koronavirusa yoluxduğu halda, ölüm riski nə qədərdir? Bu sualın cavabını rusiyalı həkim-immunoloq Vladimir Bolibok açıqlayıb.

Cebhe.info xəbər verir ki, onun açıqlamasını "URA.RU" yayıb.

Məlumata görə, həkim hesab edir ki, peyvənd olunmayan insan koronavirusa yoluxarsa, ölüm riskinə 30-dan 1 ehtimal var:

"Amma peyvənd olunan insanlar koronavirusa yoluxduqda ölüm faizi sıfıra bərabər olur və xəstəliyin ağır gedişatından yayınmış olurlar", - deyə Bolibok vurğulayıb.

"Peyvənd olunmuş 100 nəfərdən yalnız 3-ü yenidən koronavirusa yoluxa bilər və bu 3 nəfərin ölüm riski yoxdur", - deyə immunoloq əlavə edib.

Qeyd edək ki, Bolibok sonda bildirib ki, dünya üzrə məlum olan koronavirusa qarşı bütün vaksinlər COVID-19-un yeni Hindistan ştammına qarşı işlədilir: "Lakin effektivliyi 90 faizdən 70 faizədək düşüb", - deyə həkim vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26